Yağlıdərə dağı — Vikipediya

Yağlıdərə dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Dağ silsiləsi Zəngəzur dağları, Meğri silsiləsi
Mütləq hündürlüyü 3825,9 m
Yerləşməsi
39°05′21″ şm. e. 46°02′16″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon
Yağlıdərə dağı xəritədə
Yağlıdərə dağı
Yağlıdərə dağı

YağlıdərəNaxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində dağ (hünd. 3825,9 m). Zəngəzur silsiləsinin suayırıcısında zirvə. Urmis kəndindən 5,3 km şimal-şərqdə, Vənəndçayın mənbə hissəsindədir. Mehri-Ordubad batolitinin Orta Eosen yaşlı qranodiorit-porfir, diorit və diorit-porfirlərindən təşkil olunmuş sıldırım yamaclı, konusvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb cinahında yerləşir.[1]

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.