Qarayoxuş silsiləsi — Vikipediya
Qarayoxuş silsiləsi | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1186,6 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |
Qarayoxuş silsiləsi – Culfa rayonu ərazisində alçaqdağlıq silsilə. Zəngəzur silsiləsinin cənub-qərb ətəyində, Dəmirlidağ-Göydağ qolunun davamında yerləşən Darıdağ (Dağüstü) silsiləsinin cənub-qərb istiqamətli qoludur. Uzunluğu 6 km, ən yüksək zirvəsinin hündürlüyü 1186,6 m təşkil edir. Üst Oliqosen (Darıdağ lay dəstəsi) və Alt Miosenin (Vayxır və Qızılboğaz lay dəstələri) çökmə və vulkanogen-çökmə süxurlarından təşkil olunmuş və arid-denudasion proseslərlə intensiv parçalanmışdır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Darıdağ-Aza qalxımının ikincidərəcəli Ərəzin sinklinal qırışığı ilə mürəkkəbləşmiş geniş cənub-qərb qanadında yerləşir.[1]
Həmçinin bax:
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.