Ağqaya dağı (Şahbuz) — Vikipediya
Ağqaya dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Dağ silsiləsi | Zəngəzur dağları |
Mütləq hündürlüyü | 2424 m |
Yerləşməsi | |
39°23′48″ şm. e. 45°44′09″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Vilayət | |
|
Ağqaya dağı — Şahbuz rayonunda dağ. Zəngəzur silsiləsinin cənub-qərb yamacında yerləşir. Keçili kəndindən 3 km. şimaldadır. Dağ günbəzvari formadadır (hünd. 2424,7 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Camal yüksəkliyindən (3204,3 m) qərbə ayrılan Toğluqaya qolunun eyniadlı şaxəsinin suayırıcısında zirvə. Şorçay-Çadırdaşdərəsi çayarasında, Nursu kəndindən 5 km şərq-şimal-şərqdədir. Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarından təşkil olunmuş və yamaclarında eyniyaşlı andezit-dasit və diabaz porfirit daykaları açılan günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Töğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir.[1]
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.